Üç min kvadrat kilometr, yoxsa... - Kəlbəcər Azərbaycana necə qaytarılacaq?

17-11-2020, 11:30 94 dəfə baxılıb

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən Ağdərə rayonu ləğv edilmiş və ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Xatırladaq ki, buna qədər ərazisi 2 min kvadrat metr olan Kəlbəcər rayonunun ərazisi sözügedən dəyişiklikdən sonra 3 min kvadrat kilometrə çatmışdır.

Maraqlıdır, əldə edilmiş üçtərəfli razılaşmaya görə, noyabrın 25-də Azərbaycana təhvil veriləcək Kəlbəcərin ərazisi dəyişiklik nəzərə alınmaqla geri qaytarılacaqmı?

Mövzuyla bağlı Sfera.az-a danışan politoloq Natiq Miri hesab edir ki, Kəlbəcərin yeni ərazilərlə qaytarılması yəqin ki, mümkün olmayacaq:

"Ona görə ki, Ağdərənin ərazisi Azərbaycan Ordusu tərəfindən azad olunmayıb. Təmas xətti anlayışına və imza atdığımız bəyanatdakı müddəaya əsasən yəqin ki, bu ərazilərdə ermənilər yaşamaqda davam edəcək”.

Həmsöhbətimiz qeyd etdi ki, perspektivdə oranın Kəlbəcər rayonu ərazisinə daxil edilib-edilməməsi yenidən qanunvericilikdə təsbit oluna bilər: "Prezidentin dediyi kimi, status olmayacaqsa, onda olmayan muxtariyyətin inzibari ərazi vahidi də olmayacaq. Sadəcə, Azərbaycanın bir ərazisi qəsəbə, rayon statusunda olacaqlar. Bu statusda isə Kəlbəcərin istənilən kəndilə Ağdərənin, Xocavəndin kəndinin heç bir önəmi qalmayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR