Elnur Allahverdiyevlə bağlı xəbərlər həqiqəti əks etdirmir-Təkzib

29-05-2020, 12:55 234 dəfə baxılıb



Elnur Allahverdiyevlə bağlı xəbərlər həqiqəti əks etdirmir-Təkzib
21.05.2020-ci il tarixində saytımızda “Elnur Allahverdiyevlə bağlı ilginc iddialar” başlıqlı yazı dərc olunub. Yazı “Rubrika.az” saytından götürülüb, lakin mətndəki iddilar yoxlanılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən ictimai rəyin müzakirəsinə verilib.

Tərəfimizdən aparılan araşdırma nəticəsində məlum oldu ki, yazıdakı iddialar əsassızdır və heç bir fakta söykənmir, qərəzli xarakter daşıyır və qeyri-obyektiv təxəyyülün məhsuludur. E.Allahverdiyevin sosial şəbəkələrdəki profillərindən və deputatı olduğu dairənin seçicilərinin rəyindən görünür ki, o, geniş ictimai fəaliyyətlə məşğuldur, çoxsaylı sosial aksiyaların təşkilatçısı və iştirakçısıdır, onu seçən elektoratla sıx münasibətlərə və mütəmadi ünsiyyətə malikdir. Milli Məclisin deputatı olan E.Allahverdiyev aktiv qanunvericilik fəaliyyəti ilə məşğuldur, KİV-də təkliflərlə çıxış edir, aktual məsələlərlə bağlı açıqlamalar verir.

Hesab edirik ki, yuxarıda göstərilmiş tarixdə dərc olunmuş yazıda obyektivlik və qərəzsizlik prinsipləri pozulub, jurnalist etikasından irəli gələn tələblər nəzərə alınmayıb. Bu səbəbdən məqalədə yazılanları təkzib edir və üzr istəyirik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR