Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə... - minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır

3-08-2020, 13:07 152 dəfə baxılıb

"Azərbaycan xalqı daim öz Prezidentinin, Ali Baş Komandanının, dövlətinin yanındadır və biz bu reallığı bir daha gördük".

Trend-in məlumatına görə, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Balakən regional ASAN Mərkəzinin açılışındakı nitqini şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlət başçısının Nazirlər Kabinetinin toplantısındakı çıxışından sonra qısa müddət ərzində 50 mindən çox insanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutmaları, könüllü olaraq Vətəni qorumaq qərarları həmin faktoru kifayət qədər sübuta yetirir. SİTAT: "Digər tərəfdən, daha bir fakt ondadır ki, Azərbaycan regionda ən güclü orduya malik olan ölkələrdən biri olmaqla yanaşı, eyni zamanda xalqımızın vətənpərvərlik ruhu ən yüksək səviyyədə olduğunu isbatlamış oldu. Yəni ortaya Azərbaycanın xalqının və dövlətinin Qarabağ məsələsindəki sarsılmaz həmrəylik gerçəkliyi qoyuldu, dünya gördü ki, Azərbaycan xalqı və dövləti hansı qüdrətə malikdir".

"Tovuzda Azərbaycan silahlı qüvvələrinin işğalçı Ermənistanın əvvəlcədən planlaşdırılmış xain təxribatının qarşısının şücaətlə alınması, dövlət sərhədinin və mülki insanların təhlükəsizliyinin təmin edilməsi də ordumuzun gücünü nümayiş etdirdi", deyən Bəhruz Quliyev əlavə edib ki, Azərbaycan silahlı qüvvələrində yüksək texnologiyalar effektiv tətbiq edildi, ordumuzun yüksək inkişaf səviyyəsi və yüksək döyüş qabiliyyəti düşmınin gözünü açmağa macal vermədi:

"Təcavüzkarların canlı və texniki itkilərinin sayı da bu cür nəticəyə gəlmək üçün kifayət qədər zəmin yaradır".

Ekspertə görə, bu gün dünyanın bir çox ölkələrində gənclər ordudan yayınır və alternativ hərbi xidmətlərə üz tuturlar. O cümlədən, Ermənistan və s. ölkələrdə orduya muzdlular cəlb edilir. Azərbaycan gənci isə xalqı vətənpərvərliyi fonunda könüllü olaraq ordu sıralarına yazıldı. "Dövlətimizin başçısı da bu faktoru yüksək qiymətləndirdi. Sübut olundu ki, həqiqətən də, orduda aparılan köklü islahatlar öz səmərəsini verməklə yanaşı, xalqın orduya inamı daha da artdı. Azərbaycan ordusu da məhz xalqın ordusudur", Bəhruz Quliyev bildirib.

Baş redaktor qeyd edib ki, Tovuzda baş vermiş döyüşlərdə Ermənistan tərəfindən ön sıraya Suriyadan olan muzdluların yerləşdirilməsi, həmçinin, Qarabağdan olan ermənilərin gətirilməsi də göstərir ki, Ermənistan tərəfi itkilərini əsaslı şəkildə gizlədiblər və bu da onu göstərir ki, həmin insanlar mülki şəxs kimi qeydiyyatda olduqları üçün sonradan mülki şəraitdə ölməsi barədə yalan, böhtan xarakterli məlumatlar verilir: "Yalanlar gec-tez üzə çxır, işğalçı rejimin rəhbərliyini ifşa edir. Artıq övladlarının başqasına məxsus torpaqlarda öldürülməsini istəməyən sadə erməni xalqı bunu açıq şəkildə deyir. O cümlədən, Ermənistan KİV-ləri də bu hərbi avantüraya görə Ermənistan rəhbərliyindən hesabat və doğru rəsmi məlumatlar tələb edirlər".

Siyasi ekspert onu da bildirib ki, bu məsələdə anti-milli qüvvələr canfəşanlıq gödtərməklə, sarsılmaz xalq-ordu birliyinə nifaq salmağa cəhdlər göstərsələr də, onların təxribatları baş tutmadı: "Çünki onların qarşısında Azərbaycan dövləti və xalqının mübarizlik ruhu, sarsılmaz vəhdəti dayanmışdı. Yəni bu mücadilədə uduzan tərəf yalnız Ermənistan deyildi. Çünki işğalçı ölkəyə dəstək göstərən anti-milli qüvvələr də məğlub olmaqla ağır, çıxılmaz vəziyyətə düşdülər. Əlbəttə ki, Ermənistanln işğalçılıq siyasətinə ya birbaşa, ya da dolayısı ilə dəstək göstərən istənilən cinah məğlubiyyət acısını yaşayacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR