Qarşıdakı üç ay koronavirus “ nəfəsimizi kəsəcək” - Diqqət, TƏHLÜKƏ!!!

17-12-2020, 11:06 142 dəfə baxılıb

Milli Məclisin dekabrın 18-də keçiriləcək plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. “Report” xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.

Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun hazırkı varinatı isə belədir: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

“Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”. Bunu virtual mətbuat konfransında ÜST-in Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır: "Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir. Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir. Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir", - deyə o vurğulayıb.

Hande Harmancı deyib ki, Azərbaycanda oktyabr ayının ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub. Onun sözlərinə görə, bütün dünyada yoluxma sayı sürətlə artır: “Son 10 gündə yoluxma sayının gün ərzində 2000-3000 olmaqla, sabitləşdiyini görürük. Bu, yaxşı bir xəbərdir. Karantin tədbirləri insanları qorumaya yönəlib. Əlimizdə dərman və vaksin yoxdur. Bütün dünyada karantin tədbirlərinin faydasını görürük. Bunu müşahidə edirik ki, karantin tədbirləri nə qədər çox tətbiq edilərsə, yoluxma sayı azalır. Adətən karantindən 1 həftə keçdikdən sonra yoluxma sayındakı azalmanı gördük. Azərbaycanda da bunu müşahidə edirik”.

Hande Harmancı onu da deyib ki, qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib: “Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”. H.Harmancı əlavə edib ki, Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər.

ÜST nümayəndəsi bildirib ki, dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib. O qeyd edib ki, ümumilikdə vəziyyət stabildir: “Bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir”. H.Harmancı bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur: “Münaqişə səbəbindən bir çox insanlarda stress siptomları meydana gəlib”.

“Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiyməti ilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz”. Bunu modern.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı sualı cavablandırarkən bildirib.

TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum xəstələrin müalicəsi ilə məşğuldur: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyi ilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik. Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.

R.Bayramlı qeyd edib ki, Azərbaycan ən çox test həyata keçirən ölkələr sırasındadır: “Siz dünya statistikasına baxsanız, görərsiniz ki, ölkəmiz indiyədək 2 milyon ödənişsiz test edib və ən çox test həyata keçirən ölkələrdən biridir”

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR