Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin ölümlə hədələdiyi qadın sağdırmı-VİDEO

Bəzi məmurların və iş adamlarının yaşıllıqlara qarşı sərgilədiyi biganə münasibət ekoloji problemlərin dərinləşməsinə səbəb olub. Son vaxtlar istər Bakıda, istərsə də kənd rayonlarında ağacların kəsilməsi halları artıb. Düzdür, insanların oksigen mənbəyi sayılan ağacları qeyri-qanuni şəkildə kəsən şəxslərə qarşı cəza tədbirləri həyata keçirilir. Buna baxmayaraq, bu sahədəki vəziyyəti hələlik tam qənaətbəxş qiymətləndirmək olmaz. Çünki hələ də bəzi yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yaşıllıq massivlərinin qırılmasına şərait yaradır.
Hirkan Milli Parkı Azərbaycanın incisidir, toxunulmaz sərvətlərindən biridir; Amma məmurların tamahı və acgözlüyü ucbatından məhv edilir...
Hirkan qoruğu özbaşınalıq edən məmurların növbəti qurbanlıq məskəninə çevrilib.
Bu haqda detallı olaraq vaxtilə realnewsinfo.com yazmışdı. Saytın xəbərinə görə, 1936-cı ildə salınmış və əvvəlki adı Hirkan qoruğu olan bu ərazi prezident İlham Əliyevin 2004-cü ildə sərəncamı ilə Milli Park kimi yaradılıb.
Amma əfsuslar olsun ki, parkda olan ağaclar kəsilir. Hirkan Milli Parkının direktoru Azər Mirzəyev tərəfindən zəbt edildiyi və günbəgün məhv olunduğu bildirilir.
Adıçəkilən ərazidə yerləşən park hər günü daha da çox balacalaşır, bərbad hala salınır, getdikcə zəbt edilir. A.Mirzəyev nə qanunlar tanıyır, nə nazirlikdən çəkinir, nə də prezidentin sərəncamını sayır.
Hirkan Milli Parkının ərazisi Azər Mirzəyev tərəfindən tort kimi bölünüb, hissə-hissə satılır. Ona bu icazəni kim, necə, hansı əsasla verir?
Bu adam haqda dəfələrlə şikayət olub. Məsələn Azerinfo.tv bildirir ki, aşağıdakı videolardan birində qadın Azər Mirzəyevin onu ölümlə hədələdiyini deyir. Həmin qadının aqibəti necə oldu cəmiyyət bilmir.Görəsən belə hələnənlərin sayı nə qədərdir, direktorun arxasında duran şəxs kimdir? Bunu araşdıracağıq.