Əsil Şəki halvasını haradan almaq olar-VİDEO

5-10-2018, 00:05 2596 dəfə baxılıb

Halva – Şərq deserti hesab olunur. Əsasən un, qoz, fındıq, yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), yağ və şəkərdən hazırlanır. Hələ qədimdən Azərbaycanın Gəncə, Şəki, Naxçıvan və Ərdəbil, Təbriz şəhərlərində halvaçılıqla məşğul olublar. Halvanın bir neçə növü var: qozlu halva, tum halvası, səməni halvası, bamiyə, zulbiya, tərə və s.



Azərbaycanda ən çox yayılan halva Şəki halvasıdır.
Şəki halvası - əslində Şərqdən, Suriyadan gəlib. Sonradan Şəkidə daha da püxtələşib. Suriyada bu halvaya fındıq ləpəsi, Şəkidə isə badam ləpəsi vurulur. Şəki halvaçılarının tarixdən gələn və bu gün də qoruduğu ənənələrdən biri də dükana gələn müştəriyə ilk öncə bir dilim halva ikram etməsidir.


"Ən dadlı halva Şəkidə hazırlanır"

Bir müddət əvvəl “Euronews” yenidən Azərbaycan mətbəxi haqqında relportaj hazırlayıb. Bu dəfə veriliş Şəhi halvasına həsr edilib.
"Postcards" verilişində halvanın hazırlanma qaydası, tarixi haqqında məlumat verilib. Aparıcı Avrora Velez bildirir ki, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz.
Qeyd edək ki, bir necə gün öncə bu kanalda dolma haqqında veriliş təqdim edilmişdi.

Faydaları

Şəki halvasının tərkibində olan düyü unu bişməmiş düyülərin üyüdülməsiylə meydana gəlir. Düyü suyu isə olduqca qiymətli bir sudur. Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli edir. Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur
Şəki halvasının bişirilməsində istifadə fındıq olunur. Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Fındıq bədənə güc və enerji verir. Zehni, fiziki yorğunluğu aradan qaldırır.
Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var. Keşniş qanda xolesterinin səviyyəsini aşağı salır.
Hil həzm sistemi üçün çox xeyirlidir, təbii antiseptikdir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir.
Zəfəran bədənin müqavimətini artırır, sinir zəifliyini aradan qaldırır, damaqdakı ağrıları azaldır, dişləri qüvvətləndirir. Soyuqdəymədə yaxşı təsir göstərir, öskürəyi kəsir, hərarəti aşağı salır. Zəfəran qaraciyər, öd, ürək, göz xəstəlikləri zamanı da yaxşı təsir göstərir.

Tərkibi:
• Düyü unu
• Şəkər tozu
• Fındıq ləpəsi
• Limon turşusu
• Keşniş toxumu
• Hil
• Zəfəran


Şəkinin ən yaxşı halvaçıları- Əliəhməd Şirniyyat Evi


Əliəhməd Şirniyyat Evi — Şəki şəhərində Mirzə Fətəli Axundov küçəsində yerləşən kulinariya mağazası ; Şəki halvası istehsal edən şirniyyat evdir.
Şirniyyat evinin tarixi XX əsrin 50-ci illərindən başlayır. Belə ki həmin vaxtlarda Şəkidə Əliəhməd Əliəkbər oğlu Qaffarov Şəki halvası istehsal edən şirniyyat evini yaratmışdır. İlk illər kiçik olan həmin müəssisədə yalnız Əliəhməd kişi və ailə üzvləri çalışırdılar. Əliəhməd kişinin övladları böyüdükdən sonra bu işdə atalarına kömək ediblər. Əliəhməd kişinin 2004-cü ildə vəfatından sonra onun övladları atalarının şirniyyatla bağlı peşəsini davam etdirirməkdədirlər. Hazırda bu şirniyyat evində Əliəhməd kişinin övladları olan Məmmədsaleh Qaffarov və Xosrov Qaffarov qardaşları çalışır.
Qeyd edək ki, xidmət sahələri üzrə Məmmədsaleh Ələhməd oğlu dəfələrlə “ən yaxşı halvaçısı” seçilib.

Bu şirniyyat evinin məhsulları nəinki Azərbaycanda eləcə də xcarici ölkələrdə satılır və populyarlıq qazanıb.
Bu müəssisədə aşağıdakı şirniyyat növləri hazırlanır:
• Şəki halvası
• Qırmabadam
• Peşvəng
• Tel halva
• Toy noğulu
• Barama şirni
• Düymə şirni
• Bamiyə
• qoz və fındıq ləpəsindən hazırlanmış mindallar və s.

İlqar

Əsil Şəki halvasını haradan almaq olar-VİDEO
Əsil Şəki halvasını haradan almaq olar-VİDEO
Əsil Şəki halvasını haradan almaq olar-VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR