“Şıdırğı konsert vermək haqqını qazanmışıqmı, ağalar?!..- Yoxsa Qarabağ azad edilib?!.”

30-07-2019, 23:16 399 dəfə baxılıb

“Şıdırğı konsert vermək haqqını qazanmışıqmı, ağalar?!..- Yoxsa Qarabağ azad edilib?!.”

Torpağının 20 faizini 30 ilə yaxındır faktiki itirmiş Azərbaycanın 80 faizi böyük bir konsert meydanına dönüb: həftə səkkiz- mən doqquz paytaxtda, şəhərlərdə, rayon mərkəzlərində canlı konsert, şanlı konsert, bağda konsert, dağda konsert, bulvarda konsert, talvarda konsert, şalvarda konsert, şortda konsert...

Bütövlükdə yasa batmaq olmaz, amma yas içində olan torpaqları, o torpaqlar uğrunda can verən, qan verən, o torpaqlarda ev, ocaq, yurd, məzar itirən ailələri, vətəndaşları unutmaq, atmaq da olmaz- onları unudanlar bizdən deyil...

Konsert verənlərə, xaricdən-daxildən(rus, ingilis, fransız, erməni, moltanı, kim gəldi) hər ağzını-açıb yumub şıdırğı rəqs edənlərə əl çalanlara sual edirəm: Qarabağ, Şuşa, Laçın, Kəlbəcər kimi dilbər guşələrini itirmiş bir ölkə, xalq şıdırğı konsert vermək, çalmaq, oynamaq haqqını nə vaxt qazanıb, bəylər, xanımlar, cənablar, yoldaşlar, ağalar; yoxsa Pənah xanın, Sultan bəyin, Xosrov bəyin, Üzeyir bəyin, Xanın, Bülbülün yurdları azad olunub – biz bixəbərik?..

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR