Həmsədrlərdən biri ağıllandı, deyəsən..
![]()
ABŞ hökuməti Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimə verilən maliyyə yardımını azaltmağı planlaşdırır.
Ermənistan və qondarma rejim saytlarının həyəcanla yaydığı məlumata görə, bu barədə işğalçı ölkənin siyasi analitiki Suren Sarkisyan “Facebook” səhifəsində bildirib. O əlavə edib ki, bəhs edilən yardım Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün nəzərdə tutulur.
“Bu, "USAİD" (ABŞ Beynəlxalq İnkişaf Agentliyi-S.L.) tərəfindən maliyyələşdirilən bir proqramdır və onun ləğvi özündə ciddi siyasi bir mesaj daşıyır. ABŞ-da yaşayan dostlarımı "Hay Dat" ofisi tərəfindən təşkil olunan kampaniyaya qoşulmağa çağırıram. Bir daha təkrar edirəm, bu, ciddi siyasi nəticələrə səbəb ola bilər. Bu, siyasi və hüquqi presedent olacaq ki, gözlənilən nəticələrini hamımız bilirik”-deyə S.Sarkisyan ermənilər üçün həyəcan təbili çalıb.
Üzdəniraq erməni politoloq şərhinə “post skriptum” da əlavə edərək vurğulayıb:
P.S. Birləşmiş Ştatlar Ermənistan Respublikasından sonra “Artsax”ın müstəqilliyini tanımayan, amma Stepanakertə birbaşa maliyyə dəstəyi göstərən yeganə dövlətdir..."Moderator.az
Bu da bizim:
P.S. Azərbaycan bu gerçəyi 30 ildir bilir, amma nankor həmsədrin üzünə şillə kimi vura bilmir...