Rusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca dövlət kimi təqdim edir

15-02-2020, 13:30 202 dəfə baxılıb

Rusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca dövlət kimi təqdim edir


Rusiyanın Dövlət Muzeyi Azərbaycana qarşı təxribata yol verib.

Tula şəhərində yerləşən Rusiya Dövlət Silah Muzeyindəki dünya xəritəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Muzey işğal altındakı Qarabağ torpaqları ayrıca “dövlət” kimi göstərilib.

Maraqlıdır ki, bu “dövlətin sərhədləri” təkcə Dağlıq Qarabağla kifayətlənməyərək, ətraf 7 rayonu da əhatə edir.

Xatırladaq ki, Rusiya Dövlət Silah Muzeyi I Pyotrın 1724-cü ildə Tula silah zavodunda hazırlanan silahların nümunə kimi saxlanılması barədə sərəncam verməsi ilə başlayıb. 1775-ci ildə zavodu ziyarət edən II Yekaterina nadir və nümunəvi silah palatasının bazası əsasında yeni kolleksiya yaradılması barədə qərar verib.

1873-cü il avqustun 30-da Dövlət Silah Muzeyinin yeni binasının təntənəli açılış mərasimi olub. Təkcə 2019-cu ildə bu muzeyi 580 mindən çox insan ziyarət edib.Modern.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR