Tükənmiş “lider”in virus arqumentsizliyi: - Əli Kərimli çaşqın durumda

2-07-2020, 09:29 97 dəfə baxılıb

Koronavirus (COVID-19) pandemiyası bütün sahələri öz təsiri altına salıb.

Bütün dünyada təxminən eyni vəziyyət hökm sürür. İnsanlar karantin rejimində yaşayır, sosial izolyasiya qaydalarına riayət etməklə koronavirus təhlükəsindən qurtulmağa çalışır. Ölkələrdə iqtisadi, sosial, siyasi durğunluq davam edir. Bütün sahələrin əsas gündəmi koronavirusdur.

Azərbaycanda da pandemiya davam edir və artıq “ikinci dalğa” ilə bağlı mesajlar verilir.

Koronavirus Azərbaycan cəmiyyətini 3 hissəyə bölüb: inananlar, inanmayanlar və inananı da, inanmayanı da tənqid edənlər. Nə qədər qəribə görünsə də bu gün sosial şəbəkələrdə müəyyən bir qrupun məhz bu üçüncü hissəyə aid olduğunu görürük. Maraqlıdır ki, yenə də bu radikal qrupa “Yurd” sədri Əli Kərimli rəhbərlik edir. “Yurd” sədrinin bu dövrə aid müsahibələrinə diqqət yetirsəz görərsiz ki, bütün çıxışlarında birmənalı olaraq bütün addımları pisləyib, tənqid edib.

Doğrudur, koronavirusla bağlı görülən işləri tək Əli Kərimli tənqid etmir. Digər müxalifət nümayəndələri, partiya rəhbərləri də təndiqi mövqedən çıxış edirlər. Tək siyasilər deyil, bu gün hər kəs pandemiyaya qarşı mübarizə də təkliflər verir, vəziyyətdən narahatlığını ifadə edir. Hətta çox hallarda onların tənqidləri Əli Kərimlinin mövqeyindən daha sərt olur. Amma fərq ondadır ki, digərləri tənqid etdiyi məqamlarla yanaşı, həm doğru olanları qeyd edir, həm də problemli məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirir. Bu münasibət normal, sivil ölkələrdə hər zaman gördüyümüz modeldir və iqtidar-müxalifət münasibətlərindəki ortaq nöqtəni: dövlət, xalq maraqlarını göstərir. “Yurd” sədri isə yaxşını da, pisi də tənqid edir, amma nə etməli olduğunu “dövlət sirri” kimi özündə saxlayır, heç bir təklif səsləndirmir.

Əli Kərimlidə belə bir məntiq formalaşıb: koronavirusun təhlükəli olduğunu da, olmadığını da demək vətənə xəyanətdir. Amma nə demək lazımdır, onu demir, saxlayır. Əslində deyiləcək bir başqa bir söz də yoxdur. Çünki iki sözün ikisini də Əli Kərimli özü deyir.

Təklif məsələsinə gəlincə isə normal, həqiqətən də xalqın maraqları uğrunda mübarizə aparan müxalifət ölkədə baş verən bütün məsələlərə, ən xırdasından ən böyüyünə qədər bütün hadisələrə münasibət bildirməlidir. Doğru olanlara dəstək verməlidir, olmayanlara qarşı ilə tənqidi mövqedən çıxış edib doğru addımların atılması üçün çıxış yolu göstərməlidir, təkliflər səsləndirməlidir. Arqument gətirə bilərlər ki, “onsuz da hakimiyyət bizim dediklərimizə qulaq asmır, əməl etmir”. Amma bir müxalifət nümayəndəsi, özünün çox sayda tərəfdarı olduğunu iddia edən lider ən azı onlar üçün bunu etməyə borcludur. Bir siyasi liderin tək borcu ancaq xüsusi maraqların icraçısı olmaq deyil.

Bu gün ölkənin siyasi səhnəsində ixtisasca həkim olan kifayət qədər partiya sədri, siyasətçi fəaliyyət göstərir. Onlardan radikal mövqe baxımından Əli Kərimliyə yaxın olanları da, hətta ondan daha radikal olanları da az deyil. Onlar belə müsahibələrində, çıxışlarında koronavirusla bağlı atılan addımlara, görülən işlərə qara yaxmağın tərəfdarı olmadıqlarını bəyan edirlər. Çünki bu virusla bütün dünya mübarizə aparır və bu mübarizədə hələlik heç bir təcrübə, peyvənd və digər alternativ vasitələr yoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR