“Üç istiqamətdə ciddi qarşıdurma olacaq” – ŞOK AÇIQLAMA

24-07-2020, 13:01 171 dəfə baxılıb

Görünən perspektivdə bütövlükdə dünyada gərginlik artacaq. Bunun da səbəbi çoxdan bəllidir. Yeni dünya quruculuğu, yeni sistemə keçid və bu konteksdə geopolitik qarşıdurmanın qlobal, regional və lokal müstəvidə həlledici mərhələyə keçməsi ilə qarşıdurmanın sərtləşməsi. Bu mənada qarşıdurma getdikcə böyüyəcək və ciddiləşəcək. Hesab edirəm ki, biz bunu 2021-ci ildən başlayaraq daha açıq formada görəcəyik. 2021-ci ilə doğru bu proses artan xətt üzrə davam edəcək, 2022-ci ildə isə hər şey açıq bilinəcək.



Bu fikirləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.



Postsovet məkanında bu gərginliyin daha çox 2021-ci ildən açıq hiss edilməyə başlayacağını proqnoz edən Sülhəddin Əkbərə görə, Rusiyanın 21-26 sentyabr tarixlərində keçirməyi planlaşdırdığı “Qafqaz-2020” strateji təlimlərə hazırlıqlarını izləsək, bunun şahidi olarıq:



“Artıq bütün ekspertlər postsovet məkanında üç istiqamətdə yeni hərbi qarşıdurmanın olacağı ehtimalını gözləyirlər.



Birincisi Krım istiqamətidir. Proqnozlara görə Rusiya çalışacaq ki, ən azı quru coğrafi yol açsın. Bildiyiniz kimi hazırda Rusiyanın ilhaq etdiyi Krıma quru yolu yoxdur. Bu quru yolun açılması planlaşdırılır ki, bu da hərbi münaqişə olmadan mümkün deyil.



İkincisi, Rusiyanın Suvak dəhlizi istiqamətində yol açmasıdır. Bu dəhliz Polşa ilə Litva arasında yerləşir və təxminən 100 kilometr dərinliyindədir. Suvak dəhlizini açmaqla Kalinqrada quru yolunun təmin edilməsi niyyəti var.



Üçüncüsü Qazaxıstanın bir hissəsinin işğal və ilhaqı planı haqqında söhbət gedir”.



S. Əkbərin ehtimalına görə, bu proseslərin getdiyi və geopolitik qarşıdurmanın postsovet məkanında kəskinləşdiyi vaxtda bütün münaqişə ocaqları yenidən alovlana bilər. O cümlədən Dağlıq Qarabağ münaqişəsi də.Teleqraf


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR