“İqtidar ziyalılardan, ziyalılar da iqtidardan inciyib - Buna son qoymalıyıq...”

30-07-2020, 20:05 186 dəfə baxılıb

“Millətin ziyalılardan haqlı narazılığını nəzərə alıb milli dəyərlərin formalaşmasında xüsusi rol oynayan "Moderator"çılarla birlikdəyəm. Dəyərli milli ziyalılarımızın hamısını ermənilər və onların havadarları tərəfindən qəsdən əlehimizə yönəldilmiş söyüsləri bir tərəfə buraxıb xalqımızın yanında olmağa dəvət edirəm...”

Bu sözləri Moderator.az-a açıqlamasında Qarabağın azadlığı uğrunda mübarizə fonunda mövcud ziyalı-xalq, ziyalı-iqtidar münasibətləri ilə bağlı fikirlərini ifadə edən tanınmış politoloq, istiqlalçı millət vəkili Cümşüd Nuriyev söyləyib.

“Biz düşmən qarşısında birlikdə olmalıyıq. Eybi yoxdur, qoy təhqir etsinlər, aşağılasınlar, hakimiyyətdəki dövlətimizə və millətimizə xəyanət edənlərin vasitəsi ilə çirkab atsınlar, maddi cəhətdən möhtac eləsinlər...”- deyə politoloq fikirlərinin davamında bildirib.

“Bu, zatən “QLOBALLAŞMA” adı altında həyata keçirilən "Yeni Dünya Düzəni”nin formalaşdırılması üçün qəbul olunmuş müddəaların ikincisidir. Birinci bənddə deyilir ki, dövlətlərə xarici ticarət rejimində əlverişsiz şərait yaratmaq və onlara daha çox kredit verməklə xarici borclardan asılı duruma salmaq lazımdır... Şükürlər olsun ki, bu sahədə hələ ki, bacarmayıblar.

İkinci müddəada qeyd edilir: “Hədəfdə olan hər hansı bir ölkənin milli elitasını siyasi, ideoloji və maddi cəhətdən asılı vəziyyətə salmaq lazımdır, çünki ziyalılar dövlətin yanında olanda həmin dövlət və xalq güclü olur...”

Etiraf edək ki, düşmənlərimiz bunu bacarıblar. İqtidar ziyalılardan, ziyalılar da iqtidardan inciyib. Amma buna son qoymalıyıq. İqtidar da bizimdi, xalq da...”- deyə Cümşüd Nuriyev fikirlərini tamamlayıb.

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR