"Yəni, türkə qarpız, urusa yemiş verirlər, mənölüm..."

21-08-2020, 10:11 395 dəfə baxılıb

Şəhər uşaqlarının söhbəti:
- Ay bro, sən məhlədə ən oxumuş adamsan, ala hər gün televizorda deyirlər ki, bizdə "balansirovka" siyasətidür, mən ölüm, bunu mənə başa sal da, ala.
- Qedeş, necə başa salım e səni, məsələn, sən dünən anongilə qarpız aldun, evdəki sənə nə dedi?
- Dedi ki, heç olmasa mənim mamagilə də yemiş alardun da, nə olur axı? Mən də getdim yemiş alıb verdim qaynanama ki, tıxsun.
- Hə, əladu da brat, sən əsl "balasirovkalı" siyasət eləmisən. İndi bizimkilər də Türkiyədən ordu çağırır ki, Rusetə göstərsün, urus hirslənir, onda da Rusiya hərbi gəmilərini Bakıya çağırlb qabaqlarında rəqs edirlər. Yəni, türkə qarpız, urusa yemiş verirlər, mənölüm...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR