“Gərək Əli Həsənovu həbs edəydilər”

15-09-2020, 00:36 151 dəfə baxılıb

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhəti ilə bağlı Türkiyəyə səfər etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət onun ölkədən qaçdığı və bir daha geri qayıtmayacağı ilə bağlı fikirlər səsləndirir.
Maraqlıdır, Əli Həsənov haqqında səsləndirilən ittihamlara cavab verəcəkmi?
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Əli Həsənov qanun qarşısında cavab verməyə hazır olsaydı, qanunları pozmazdı:
“Onu mütləq şəkildə ədalət məhkəməsinin hökmünə vermək lazımdır. Çünki onun Azərbaycana, Azərbaycan ictimai-siyasi mühitinə vurduğu zərəri tək-tük adam vura bilib. O, buraya gəlməyəcək, heç nəyə də cavab verməyəcək. Çünki ortada yalan ittiham yoxdur. Kor-kor, gör-gördür. Ümumiyyətlə, KİV DF məsələsi qalxan kimi, gərək, onu həbs edəydilər. Ən azından göz dustağı etmək lazım idi ki, o, kefi istəyəndə durub hansısa bir ölkəyə getməsin. Mehman Əliyevə qarşı qondarma vergidən yayınma ittihamı irəli sürmüşdülər, adamın da heç yerə qaçıb getmək fikri yox idi, amma Mehmana həbs qətimkan tədbiri seçildi. Hamısı da Əli Həsənovun göstərişi ilə olmuşdu. Bəs niyə bunu tutmadılar? O, mütləq tutulmalıdır”.
yenisabah.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR