Qafqaz müsəlmanlarının lideri kimlərin hədəfindədir? – Şeyxin devrilməsi üçün hərəkətə keçilib

16-09-2020, 11:49 189 dəfə baxılıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə son günlərdə yenidən bəzi qüvvələrin hədəf mərkəzinə çevrilməkdədir.

Yenicag.az xəbər verir ki, ölkədəki islahat dalğasının Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) də sirayət etməli olduğunu düşünənlər 1980-ci ildən Qafqazın şeyxi olan Paşazadənin də getməli olduğunu vacib sayırlar.

Qeyd olunur ki, həmin qüvvələr Allahşükür Paşazadəni həm regional, həm iqtisadi baxımdan real güc kimi görürlər. Ona görə də, Allahşükür Paşazadənin hazırda həbsdə olan Eldar Həsənovla dostluğunu, qeyri-rəsmi biznes əlaqələrini əsas gərirərək, onun da vəzifədən göndərilməsinə çalışırlar.

Ancaq məsələ ondadır ki, Prezident İlham Əliyevin Allahşükür Paşazadəyə münasibəti müsbət mənada həmişə fərqli olub. Hətta Ramiz Mehdiyev-Fatma Abdullazadə ittifaqının vaxtilə şeyxə qarşı istifadə etdikləri Rafiq Əliyev “kart”ını məhz prezident zərərsizləşdirib və Paşazadəyə qarşı oyunları sonlandırıb.

Qafqazın Şeyxinə alternativ olaraq, Şahin Həsənli (Hacı Şahin) ön plana çıxarılır. Son Qurban bayramında bayram namazını da Hacı Şahinin qıldırması, bəzi media qurumlarında tez-tez reklam edilməsi də bu planın tərkib hissəsi kimi dəyərləndirilir. Maraqlıdır ki, Hacı Şahinin bu posta keçməsində Azərbaycandakı müəyyən qüvvələrlə yanaşı, bəzi qonşu dövlətlər də maraqlıdır.

Bununla belə, Hacı Şahindən fərqli olaraq, Paşazadənin yalnız İran deyil, həmçinin Türkdilli və ərəb dövlətləri ilə də yüksək səviyyədə münasibətlərinin olduğunu nəzərə alsaq, indiki situasiyada Şeyx dəyişikliyinin Azərbaycana nə qazandıracağı və ya Prezidentin buna icazə verib-verməyəcəyi sual altındadır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR