Erməni hərbiçilər Xankəndi, Xocavənd və Xocalıdan tamamilə çıxarılır - Müdafiə Nazirliyindəki gizli mənbə

8-01-2021, 18:54 210 dəfə baxılıb

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir.

AZERINFO.TVəbər verir ki, bu barədə "Medaport” teleqram kanalı yazıb.

Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib: "8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”.

Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq.



Bu, Dağlıq Qarabağda - Xankəndi, Xocavənd və Xocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir.

10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır.

"Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq: "Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”. /Publika.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR