Rövnəq Abdullayevin dayısı oğlu güllə yarasından keçindi- TƏCİLİ
Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı, iş adamı Nihad Əliyev xəstəxanada vəfat edib.
Bu haqda xəbər verən "Qafqazinfo" yazır ki, hadisə İstanbul şəhərində Beşiktaşdakı hotellərdən birində, yerli vaxtla saat 23:00 radələrində baş verib.
Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.
Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Reportaj.tv-yə daxil olan məlumatda deyilir ki, Nihads Əliyev məşhur iş adamı Anar Əliyevin qardaşıdır.
Anar Əliyev sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. 1978-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Əliyevin atası Nüsrət Əliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin doğma dayısıdır.
"Yeni Cümhuriyyət” qəzeti apardığı araşdırmalar zamanı maraqlı məlumatlar əldə etmişdi. Həmin məlumatları diqqətə çatdırırıq:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.
Yən dünyasını dəyişən şəxs sıradan biri deyil. Hətta onun ehtiyyatsızlıqdan ölməsi və yaxud hadisənin başqa cür olması ilə bağlı da müəmma var.
Allah rəhmət eləsin.