ŞOK: Qərb Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşır – Fransadan BƏYANAT

26-04-2021, 19:32 260 dəfə baxılıb

ŞOK: Qərb Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşır – Fransadan BƏYANAT"Mən Baydenin soyqırım ifadəsindən istifadə etməsini erməni diasporu ilə deyil, geosiyasi məsələlərlə, daha dəqiq desək Türkiyə və Rusiya faktoru ilə bağlayıram”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov səsləndirib. O bildirib ki, Qərb Avrasiyanın yeni meqalayihəsi olan Zəngəzur – İstanbul kanalı nəqliyyat qovşağının Rusiya və Türkiyənin nəzarəti altında olması ilə barışmayacaq: "ABŞ Avrasiyanın orta xətt nəqliyyat xəttini Pekin- Moskva – Ankara ilə bölüşmək fikrində deyil. Bayden soyqırım terminini ortaya atmaqla erməni məsələsini aktuallaşdırmağa çalışacaq.

 

Zaur Məmmədov: Azərbaycan və Türkiyə bu gün eyni çağırışlarla üz-üzədir - İki sahil

Digər maraqlı xəbər isə Parisdən gəldi. 24 apreldə Fransa senatının spikeri və Avropa işləri üzrə dövlət katibi Qarabağla bağlı qırmızı cizgini keçən bəyanat verdi. Belə ki, Fransanın yüksək dövlət məmurları Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti və bütün Avropa İttifaqı dövlətləri tərəfindən tanıdılması üçün əllərindən gələni edəcəklərini bildirdilər. Azərbaycana olan çağırışlar bəlli olmağa başlayır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR