Əhəd Abıyev revanşı - Daşkəsəndən Nəsimiyə başçı gedir

14-06-2021, 17:07 29 dəfə baxılıb

Daşkəsəni daha çox paytaxtdan idarə edən, qaba davranışları və qeyri-innovativ idarəetmə qabiliyyətlərilə seçilən Əhəd Abıyevin tezliklə guya Bakı şəhər Nəsimi rayonuna icra başçısı təyin olunacağına dair iddialar yenidən dolaşmağa başlayıb.

"Demokratik.Az"-ın məlumatına görə, bu barədə söz-söhbəti sabiq deputatın yaxın ətrafı danışmağa başlayıb.
Daşkəsəndən daha çox vaxtını Bakının Nəsimi rayonu ərazisində və özünün milyonluq villasında keçirən icra başçısının belə bir istəyi barədə dəfələrlə yazılıb. Eləcə də adıkeçən rayonun icra başçısı ilə Abıyevin yaxın dost olmaları, "revanş" həvəsinin həm də dostluğa dayandığı iddia edilir.

Xatırladaq ki, hazırda Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində örüş-otlaq sahələrinin qanunsuz əsaslarla və rüşvət müqabilində ayrı-ayrı fermerlərə satılması, kənd sakinlərinin digər şikayətlərinin araşdırılması prosesi gedir. Əhəd Abıyevin imzası olduğu sənədlər hər il yay mövsümündə ciddi qarşıdurmalar yaradır. Bu da sakinlərin Prezident Administrasiyasına Əhəd Abıyevin yarıtmaz idarəçiliyi barədə kütləvi ərizələr göndərməsinə səbəb olur. Son aylarda təkcə Xoşbulaqdan Abıyevin əməlləri barədə ölkə rəhbərliyinə 100-lərlə şikayət göndərildiyi deyilir.

İnandırıcıdır ki, Daşkəsənlilər artıq rayon rəhbəri Əhəd Abıyevdən bezib, başçı özü isə daha da varlanmaq üçün özünə daha münbit rayonun birincilik postunu arzulayır. Amma, fərasəti Bakı üçün meyar olmayan Əhəd Abıyevi cənab prezident Bakıya başçı apararmı ???
İddianı dəqiqləşdirmək üçün Daşkəsən icra başçısı ilə əlaqə saxlamaq cəhdlərimiz faydasız alındı.

Demokratik.Az
Əhəd Abıyevin Bakının mərkəzindəki, damına ağac əkdiyi villası...

Bu da Nəsimi rayonundakı milyonluq villası...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR