Rusiyalı politoloqdan yarızarafat-yarıcıddi... Azərbaycana "çox sağl ol" desinlər

5-07-2021, 16:23 126 dəfə baxılıb

İqor Korotçenko: "Əsası budur ki, onlar bundan sonra bütöv hərbi birləşmələri ilə, kütləviliklə əsir düşməsinlər”

"Sevincli, tox və yedirdilmiş, günəşdən qaralmış, kurort istirahətindən sonra sağlamlıq əldə etmişlər kimi görünən erməni hərbçiləri Azərbaycan əsirliyindən geri döndülər. Onlara yalnız humanistcəsinə deyil, sadəcə, çox yaxşı davranıblar”. SİA xəbər verir ki, bunu Rusiya politoloqu və konfliktoloqu, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün telegram səhifəsində yazıb.

Erməni əsirlərinin ölkələrinə təhvil verdildikləri kadrlarına münasibət bildirən Korotçenko əsrarəngiz zarafatından da geri qalmayıb və qeyd edib ki, bundan sonra bir çox erməni əsgəri Ermənistan silahlı qüvvələrinin kasıb təminatı və ağır xidmət şərtləri ilə müqayisədə Azərbaycan əsirliyinin, əslində, heç də pis olmadığını düşünəcəklər.

Erməni ictimai rəyi onların Azərbaycandan "boynu yoğunlamış kəl” kimi geri qaytarılmalarından təəccüb etdiklərini gizlətmir

SİTAT: "Qoy bu erməni əsirlərinin anaları, həyat yoldaşları, doğmaları və yaxınları Azərbaycana minnətdarlıq etsinlər – onları geyindirib və doyuzdurublar, müalicə ediblər və evlərinə sağlam şəkildə göndəriblər”.

Rusiyalı siyasi şərhçi fikirlərinin sonunda P.S. əlavəsi edərək yazıb ki, əsası budur, onlar bundan sonra bütöv hərbi birləşmələri ilə, kütləviliklə əsir düşməsinlər.

Maraqlıdır ki, evlərinə göndərilən erməni hərbçiləri ilə bağlı Ermənistanda da maraqlı fikirlər səsləndirilməkdədir. Əsasən, sosial şəbəkələrdə yazan erməni ictimaiyyəti onların Azərbaycandan "boynu yoğunlamış kəl” kimi geri qaytarılmalarından təəccüb etdiklərini gizlətmirlər. Hətta öz dəyişilməz xislətlərindən geri qalmayan bir qrup erməni öz əsgərlərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən dindirilməli olduqlarını da yazıblar.

Rövşən RƏSULOV

 
  • Like
  • Dislike
  • Neutral
     
  •  
 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR