Səfir təyin edilən Fuad İsgəndərovdan BÖYÜK SƏHV

27-07-2021, 20:33 141 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev tərəfindən 26 iyul tarixində imzalanmış sərənacamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenicag.az-ın xəbərinə görə, Fuad İsgəndərov səfir təyin olunması ilə bağlı sevincini "Twitter” hesabından dilə gətirib.

İsgəndərovun sevinci o qədər böyük olub ki, yazısında çoxlu səhvlərə yol verib. Səfir hətta prezidentin soyadını da yazmağı unudub.

Fuad İsgəndərovun tvitinə göz yetirək:

"Bu gün Zatı-aliləri Prezident İlham tərəfindın İsveçrə Konfederasiyasına Fövgaladı və Səlahiyyətli Səfir təyin edildim. Göstərilən etimada görə cənab Prezidentə səmimi minnatdarlığımı bildirir,gələcək fəaliyyətimdə milli maraglarımız naminə var güvvəmlə çalışacağıma söz verirəm”.

Yanlışlar:

İlham – İlham Əliyev
tərəfindın – tərəfindən
Fövgaladı (fövqəladə)
Səfir – səfir
minnatdarlığımı – minnətdarlığımı
maraglarımiz – maraqlarımız
güvvəmlə – qüvvəmlə


Göründüyü kimi, səfirin sevinci iki cümlədə 7 səhv etməsinə yol açıb.

Maraqlısı isə budur ki, Fuad İsgəndərov yeni tvitlər atsa da, sözügedən paylaşımındakı səhvləri düzəltməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR