İlham Əliyev: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır

25-02-2023, 19:04 32 dəfə baxılıb

İlham Əliyev: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır


Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır.

Bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR