Birgə taktiki təlimdə silah və texnika sərgisi nümayiş etdirilib - VİDEO

24-10-2023, 14:15 45 dəfə baxılıb

Birgə taktiki təlimdə silah və texnika sərgisi nümayiş etdirilib - VİDEO


Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

"Qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR