2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək

9-09-2025, 06:20 35 dəfə baxılıb

2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək


2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısının da keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır:

"Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR