Azərbaycan ordusu hücuma hazırlaşır? – RƏSMİ

6-05-2016, 12:01 537 dəfə baxılıb

Azərbaycan ordusu hücuma hazırlaşır? – RƏSMİ















“Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”

Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır.

Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ermənistan kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibət bildirərkən bəyan ediblər.

“Məşhur bir kəlamda deyildiyi kimi “Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”.

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”, - deyə, nazirlikdən bildiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR