İran və Azərbaycan HDQ nümayəndələri Sankt-Peterburqa danışıq aparacaq

6-10-2025, 07:15 46 dəfə baxılıb

İran və Azərbaycan HDQ nümayəndələri Sankt-Peterburqa danışıq aparacaq


İran Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycan nümayəndələri ilə danışıqlar aparmaq üçün Sankt-Peterburqa gəlib.

Bu barədə İranın Rusiyadakı səfirliyinin məlumatında deyilir.

“İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani Xəzər dənizi ölkələrinin hərbi dəniz qüvvələri komandirlərinin toplantısında iştirak etmək üçün Sankt-Peterburqa gəlib”, - səfriliyin Teleqram kanalında bildirilib.

IRIB-in məlumatına görə, İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri, Azərbaycan Hərbi Dəniz Qüvvələri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanları ilə danışıqlar aparacaq, həmçinin Finlandiya körfəzindəki “bir neçə dəniz bazasına” baş çəkəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR