Roma papası “ermənilərin Bakı qətliamı” ilə bağlı açıqlama verəcəkmi?

6-02-2019, 00:24 434 dəfə baxılıb

Roma papası “ermənilərin Bakı qətliamı” ilə bağlı açıqlama verəcəkmi?
Moskvadakı erməni katolik cəmiyyətinin mənəvi lideri Petros Yesayan Roma papasının 1988-ci ildə Bakı və Sumqayıt şəhərlərində “törədilən“soyqırım”la bağlı bəyanat verəcəyini vurğulayıb.
P.Yesayan Roma paapsının bununla bağlı cari ilin 27 fevral tarixində açıqlama verəcəyini, habelə bu açıqlamada 1988-ci il olaylarının ermənilərə qarşı törədilən qətliam kimi dəyərləndirəcəyini bildirib.

Erməni keşiş özünün də Bakıdan qaçanlar sırasında olduğunu iddia edərək həmin hadisələrlə bağlı böhtan xarakterli fikirlər səsləndirib: “O gündən 31 il keçir. Mən özüm də Bakıdan qaçanların arasındayam. O hadisələri çox yaxşı xatırlayıram. Ailəmin və tələyə düşən digər ermənlərin qorxu göz yaşlarını yaxşı xatırlayıram. ...İndiyə qədər bu hadisələrin və 1915-ci ilin “erməni soyqırmı”nın qəbul edilməməsi bölgədəki geopolitik vəziyyətiə mənfi təsir göstərir.

Məlumat üçün qeyd edək ki, 1988-ci ildə Bakı və Suqmayıtda ermənilər çoxsaylı təxribatlar həyata keçirib, bu hadisələri Azərbaycan tərəfinin üzərinə yıxmaqla Moskva ilə Bakını üz-üzə qoymağa çalışıb. Başqa sözlə desək, ermənilər istər 1915, istərsə də 1988-ci il olaylarının qurbanları deyil, təşkilatçılarıdır və hər iki hadisə zamanı qətliama məruz qalan sadəcə türk xalqı olub.
moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR