Tovuz meşələri Şəmkirdə bu sexə doğranaraq daşınır-VİDEO

24-04-2019, 08:12 410 dəfə baxılıb

Tovuz meşələri Şəmkirdə bu sexə doğranaraq daşınır-VİDEO


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vəzifədən azad olunmasından dərhal sonra Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasovun gözlənilməz mətbuat konfransı keçirməsi maraqla qarşılandı. Çünki son 3 il ərzində bu qurumun mətbuat konfransı keçirməsi müşahidə edilməməməsi,eyni zamanda yeni rəhbərliyin təyinatından sonra belə bir addımın atılması çoxlu suallar yaradırdı. Ölkə mediasında xəbər başlıqlarına çıxarılan “Ermənilər meşələrimizi vəhşicəsinə qırırlar” ifadəsi sosial şəbəkələrdə müzakirə mövzuzuna çevirildi.Belə ki, Hüseynqulu Bağırovun nazir kürsüsündən azad eilməsindən dərhal sonra Zöhrab Abbasovun mətbuat nümayəndələri önündə meşələrimizlə bağlı açıqlamalar verməsi hansı məqsədlərə hesablanması sual yaradırdı? Departament direktoru əvəzi açıqlamalarında Ermənistanda mebel istehsalının yüksək səviyyəyə qalmasına da ehyam vuraraq,meşələrimizin qırılması hesabına baş verdiyi barədə statistik məlumatlar verib.

Söhrab Abbasovun bu açıqlaması sosial şəbəkələrdə qınaq obyektinə çevrildi.

Söhrab Abbasova sual veririk- Sexlərə Qəbələdən daşınanqiymətli ağacları da ermənilər qırıb?
Azerinfo.tv-yə Şəmkirin Düyərli kəndindən də video yollayıblar.Buradakı yeşik sexinə Tovuzdan fısdıq ağacları gətirilir. Hər həftə bir dolu "kamaz" yük avtomobili.
Sexin yiyəsi də əslən tovuzlu olan Mahirdir. Hansı ki, Ekologiya Nazirliyinin yerli işçiləri ilə anlaşa bilib və bu səbədən toxunulmazlıq statusu alıb.
Videonu təqdim edirik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR