"Mənə SMS gəlməyib, bəlkə işsiz kimi qeydiyyata alınmamışam?" - CAVAB

16-04-2020, 10:24 320 dəfə baxılıb

"Mənə SMS gəlməyib, bəlkə işsiz kimi qeydiyyata alınmamışam?" - CAVAB

"Bir neçə gündür müraciət etmişəm, amma mənə sms gəlməyib". "Bəlkə işsiz kimi qeydiyyata alınmamışam?" "Görəsən, mənə pulu nə vaxt ödəyəcəklər?"

İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər.

İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms-lə məlumat göndərilir?

Mia.az atv.az-a istinadən xəbər verir ki, istər uzun müddət işsiz kimi məşğulluq xidmətində qeydiyyatda olan, istərsə də yeni müraciət edən şəxslər onlara ayrılan vəsaiti alırlar. Bəzi vətəndaşlara 190 manat ödəməni almaq üçün sms məlumatlandırma 1 günə, bəzilərinə isə bir neçə gün sonra gəlir.

Birdəfəlik ödəmə almaq üçün qeydiyyatdan keçən və işsiz statusu almayan şəxslər də sms vasitəsiylə məlumatlandırılır və onlara vəsaitin verilməmə səbəbi izah edilir. Birdəfəlik ödəmə almaq üçün müraciət edən bir çox vətəndaş isə onlara qısa zamanda sms-in gəlməməsindən narahatdır.

Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə gönədirlən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.

Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR