Sabunçu rayon icra başçısı oğluna görə kimə minnətçi düşüb?

15-05-2016, 13:05 580 dəfə baxılıb

Sabunçu rayon icra başçısı oğluna görə kimə minnətçi düşüb?












Ənvər Vəliyev hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxsin yardımı ilə həbs təhlükəsindən xilas olub Adil Vəliyev nədən sakinlərlə görüşdən boyun qaçırır? Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və onun oğlu Ənvər Vəliyevin adı son zamanlar mətbuatın gündəmindən düşmür. Bunun əsas səbəbinin icra başçısının fəaliyyətində yol verdiyi nöqsanlar, əhalinin Adil Vəliyevin əməllərindən şikayətçi olması, eyni zamanda Ənvər Vəliyevin ənənəvi məmur övladına xas tərzdə həyat sürməsi olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgidə deyilir ki, bir neçə gün öncə, daha dəqiq desək, may ayının 6-da Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının qəbul günündə dəhşətli hadisə yaşanıb. Belə ki, Adil Vəliyevlə görüşməyə gedən onlarla vətəndaşın səhər saatlarından icra hakimiyyətinin binası qarşısında gözləsələr də, onların siyahıya alınmadığını bildirən mənbənin sözlərinə görə, rayon sakinləri günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyib: «Deyilənlərə görə, bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar haqlı olaraq icra başçısından onları qəbul etməsini tələb ediblər. Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi Sabunçu Rayon İcra Hakimiyyətinin binası qarşısında gözləsələr də, Adil Vəliyev hər dəfəsində sakinlərlə görüşməkdən boyun qaçırıb». Sözügedən hadisənin baş verdiyi gün icra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayevin huşunu itirərək yerə yıxıldığını qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, o, 2003-cü ildə hərbi xidmətini yerinə yetirərkən, mina partlaması nəticəsində «kantuziya» alıb, başında şiş yaranıb. Bu səbəbdən də Tağı Ağayev əsəb və narahatlıq keçirdikdə onda ürəkgetmə halları baş verir: «Qeyd edim ki, o, əlilliyinə görə 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi olan Tağı Ağayev Vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı, bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbula gedəndə başlarına buna bənzər hadisələr gəlir. Belə ki, icra başçısının qəbuluna düşmən istəyən rayon sakinləri hər dəfəsində «başçı 10 dəqiqə sonra qəbul edəcək» kimi ifadələrlə aldadılır». Adil Vəliyevin oğluna gəlincə, mənbə iddia edir ki, hazırda atasının biznes imperiyasını idarə edən Ənvər Vəliyev vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir: «Deyilənlərə görə, icra başçısının oğlu qlamur həyat tərzi keçirir. Belə ki, paytaxtın ən bahalı əyləncə mərkəzlərinin daimi müştərisi olan Ənvər Vəliyevin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb. Deyilənlərə görə, Sabunçu rayon icra başçısı bu işə görə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən birinə minnətçi düşüb. Həmin şəxs isə öz növbəsində, edilən xahişi cavabsız qoymayıb. Əks halda, Adil Vəliyevin oğlu bu gün əməlinə görə qanun qarşısında cavab verməli idi…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR