Salyanın icra başçısı «siftə»sini elədi: 100 MİN MANAT

15-06-2016, 13:06 526 dəfə baxılıb

 Salyanın icra başçısı «siftə»sini elədi: 100 MİN MANAT











Sevindik Hətəmov təyinat aldığı günün səhərisi büdcədən ayrılmış pulu özünə götürüb

Yardımlıda «aclıq dövrü»nü başa vuraraq, Salyana, «yağlı tikə»yə sahiblənmək hər oğulun işi deyildi. Böyük əksəriyyət nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun yaxın dostu olan və onların sayəsində icra başçısı olmuş birinin tezliklə sistemdən uzaqlaşdırılacağını gözləyirdi. Amma gözləniləndən fərqli olaraq, Hətəmov daha böyük, həm də qazancı bol olan rayona icra başçısı təyinatı aldı.
Sevindik Hətəmov ilk günlər özünü Yardımlıdakı kimi hiss edərək, kəndlərə, qəsəbələrə gedir, əhali ilə görüşür, onları dinləyir, vədlər verirdi. Bununla bağlı palaz-palaz xəbərlər, çeşid-çeşid şəkillər, bir o qədər də videogörüntülər yaydırırdı ki, onun təqdimatını verənlərə «işgüzar» imicini nümayiş etdirə bilsin.
Təbii ki, Sevindik Hətəmov da digərləri kimi, bu işləri görmək, görüşlərə getmək üçün maliyyənin vacib şərt olduğunu yaxşı bilirdi. İlk iş Salyan Təhsil Şöbəsinin müdiri postuna təyinat etməkdən ibarət oldu. Bunun nələrə başa gəldiyini demək çox çətindir. Amma nələrsiz də həll olunduğu inandırıcı deyil.
Sevindik Hətəmov hələ vəzifəyə gəldiyi ikinci gün «siftə»sini edibmiş. Daha doğrusu, keçmiş icra başçısı Tahir Kərimov tərəfindən inşasına başlanılan, amma yarımçıq qalmış iş üçün ayrılmış pul yeni icra başçısına qismət olub. Məlumatlı mənbələrin bildirdiyinə görə, Hətəmov vəzifəyə keçən günün səhərisi həmin yarımçıq qalmış iş üçün ayrılmış 100 min manatı nağdlaşdırıraq, özünə götürüb.
Məlumatlara görə, yeni icra başçısı bunun ardından daha bir neçə nağdlaşdırma işini həyata keçirməyə çalışsa da, müavinləri onu səbirli olmağa çağırıblar. Və bildiriblər ki, əgər bu şəkildə davam edərsə, qısa müddətdən sonra Salyanda onun işləməsi mümkünsüzə çevriləcək. Ona görə ki, həm hakimiyyət dairələri narazı qalacaqlar, həm də rayon əhli onun yeyintilərindən xəbər tutub etirazlarını bildirəcəklər. Həmçinin Sevindik Hətəmova onu da bildiriblər ki, Salyan Yardımlı deyil və burada kifayət qədər diqqətli olmaq lazımdır.jam.az
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR