Sağlamlığın keşiyində dayanan nüfuzlu həkim – Mənsim Əliyev

Kürdəmir rayonunun Karrar kəndi, bu gün yalnız kənd təsərrüfatı ilə deyil, həm də əhalisinə göstərilən yüksək səviyyəli tibbi xidmətlə fərqlənir. Bu xidmətin əsasını təşkil edən və kənd sakinlərinin sağlamlığının keşiyində böyük məsuliyyətlə dayanan şəxs isə Karrar kənd ərazi xəstəxanasının baş həkimi, təcrübəli və ləyaqətli tibb işçisi Mənsim Əliyevdir.
Uzun illərin praktiki həkimlik təcrübəsinə sahib olan Mənsim Əliyev tibb sahəsində qazandığı bilik və bacarığını daima təkmilləşdirmiş, həm öz ixtisasını sevən bir mütəxəssis, həm də geniş dünya görüşünə sahib, humanist və vicdanlı bir həkim olaraq tanınıb. Onun rəhbərlik etdiyi Karrar kənd ərazi xəstəxanası bu gün bölgənin ən aktiv və vətəndaş yönümlü tibb müəssisələrindən biri kimi fəaliyyət göstərir.
Mənsim Əliyev xəstəxananın fəaliyyətini müasir səhiyyə prinsiplərinə uyğunlaşdırmaq, profilaktik tədbirləri gücləndirmək və hər bir xəstəyə fərdi yanaşmanı təmin etmək üçün yorulmadan çalışır. Xəstəxanada təmizlik, peşəkar tibbi yanaşma və pasiyent məmnuniyyəti onun əsas prioritetləri sırasındadır. O, kəndin hər bir sakininin sağlamlığını öz şəxsi məsuliyyəti kimi dəyərləndirir.
Ən maraqlı və diqqətəlayiq məqamlardan biri də odur ki, Mənsim həkim sadəcə müalicə işi ilə deyil, eyni zamanda maarifləndirici tədbirlərlə də ciddi məşğuldur. O, kənd əhalisini sağlam həyat tərzinə təşviq edir, gəncləri vaxtında tibbi müayinələrə cəlb edir, yaşlı nəsilə xüsusi diqqət yetirir. Məktəblərdə sağlamlıq tədbirləri, kənddə təcili yardım sisteminin gücləndirilməsi və tez müdaxilə imkanlarının artırılması da onun fəaliyyət dairəsinə daxildir.
Mənsim Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatlarına böyük inamla dəstək verir. O, dövlətin bölgələrdə səhiyyənin inkişafı üçün atdığı addımları Karrarda uğurla tətbiq edir və vətəndaş məmnuniyyətini əsas hədəf kimi qəbul edir. Onun fəaliyyəti dövlətin "sağlam vətəndaş, sağlam cəmiyyət" prinsipi ilə üst-üstə düşür.
Qürurverici haldır ki, Mənsim həkim şəhid ailələri və qazilər üçün də xüsusi diqqət və qayğı ilə çalışır. O, bu ailələrin sağlamlıq problemlərini prioritet olaraq qəbul edir, onlara tibbi yardımda üstünlük verir və hər zaman mənəvi dəstəyini əsirgəmir. Onun humanist yanaşması kənd sakinlərinin böyük rəğbətini qazanmış, bu ailələrin qəlbində dərin izlər buraxmışdır.
Mənsim Əliyev öz işini təkcə bir peşə deyil, həm də bir missiya olaraq qəbul edir – sağlam cəmiyyətin təməlini atmaq, kənddə və ətraf ərazilərdə insanların sağlamlıq hüquqlarını qorumaq və onların rifahını yüksəltmək. Onun adını çəkmək kifayətdir ki, Karrarda bir çox ailə minnətdarlıqla onun göstərdiyi yardımlardan danışsın.