Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-dan məlumat verilib.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
loading...