Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, evdə Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
R.Mustafayevin qadının həyatına son qoyandan sonra özünə qəsd etdiyi ehtimal olunur.
Hər iki şəxsin meyiti aidiyyəti üzrə məhkəmə-tibb ekspertizaya təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
loading...