Almaniya deputatları Azərbaycanda Andranikin potreti fonunda əyləşdirildi - FOTO

29-05-2019, 22:28 536 dəfə baxılıb

Almaniya deputatları Azərbaycanda Andranikin potreti fonunda əyləşdirildi - FOTO

Almaniyanın ifrat sağçı “AfD”(“Almaniya üçün Alternativ”) partiyasının Bundestaq üzvü olan bir neçə nümayəndəsi Azərbaycan Respublikasının dövlət sərhədlərini pozaraq işğal altındakı torpaqlarımızda sülənən separatçı ermənilərə qonaq olublar.

Separatçı erməni nəşrləri bu haqda separatçı “Azad vətən” “partiya”sının mətbuat xidmətinə istinadla məlumat yayıb. Alman deputatlar Xankəndinə sözügedən partiyanın sədri, qondarma separatçı erməni rejimin keçmiş “dövlət” naziri sayılan Araik Arutyunyanın dəvəti ilə gəlib. Bundestaq üzvləri Stefan Kuç, Şteffnı Breyk, Brandenburq parlamentiniin üzvləri Andreas Kalbitse və Andreas Qalaunun qatıldığı görüşdə Ermənistan deputatı, baş nazir N.Paşinyanın “Mənim addımım” hərəkatının üzvü Viktor Yenqibaryan da iştirak edib. Söhbət zamanı Almaniya ilə separatçı rejim arasındakı əlaqələr, həmçinin alman deputatların Avropa Parlamentində Qarabağ məsələsi ilə bağlı atacağı addımlar müzakirə olunub.

Alman deputatlar Azərbaycan torpağındakı separatçılarla görüşdə ermənilərin qulağı kəsik milli “qəhrəmanı” Andranik Ozanyanın portreti fonunda əyləşdiriliblər.

Qeyd edilir ki, Almaniyanın Bundestaqda say baxımından 3-cü olan “AfD” partiyasıyla separatçı erməni “Azad vətən” partiyası 2015-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində bir neçə dəfə qarşılıqlı səfərlər edilib.

P.S. Gücümüz “qara siyahı”dan və bəyanatdan savayı nəyə çatacaq ki?..

moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR