Putinin “cəhənnəm silahı” İŞİD yaraqlılarını darmadağın edir – VİDEO + FOTO

23-10-2015, 15:02 653 dəfə baxılıb

Putinin “cəhənnəm silahı” İŞİD yaraqlılarını darmadağın edir – VİDEO + FOTO

















Bu silahdan hətta yeraltı istehkamlarda da gizlənmək mümkün deyil

Sosial şəbəkələrdə Rusiya tərəfindən Suriyaya verilmiş TOS-1A “Solntsepyok” reaktiv odsaçanın işinin videokadrları yayılıb.

“Solntsepyok”lar şimali-şərqi Latakiyanın dağlarında yaraqlıların mövqelərini bombardman edir.

Qeyd edək ki, termobarik mərmilər ərazini bürüyərək, hər şeyi kül edir.

Bu silahdan hətta yeraltı istehkamlarda da gizlənmək mümkün deyil, çünki partlayış zamanı hətta hava belə od tutub yanır, mərmilər oksigeni yandırır.

“Solntsepyok”un tətbiqi ilə əlbirlərinin mövqelərinin yox edildiyi kadrlar bütün bunları kənardan müşahidə edən yaraqlıların əlinə düşüb. Belə sistemlərin meydana gəlməsi döyüş meydanında Suriya ordusuna üstünlük gətirəcək və bu mövqe döyüşlərindən qaçınmağa imkan verəcək.

Xatırladaq ki, dünyada bənzəri olmayan “Solntsepyok” odsaçan sistemləri Rusiyadan başqa indiyədək təkcə Azərbaycan, İraq və Qazaxıstan silahlı qüvvələrində olub.

Azərbaycan 2011-ci ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında Rusiyadan 18 belə odsaçan sistem alıb və Müdafiə Nazirliyi bu silahları artıq hərbi təlimlərdə sınaqdan keçirib.




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR