Lavrov: Təklif olarsa, Putin Baydenlə görüşə hazırdır

12-10-2022, 11:25 70 dəfə baxılıb

Lavrov: Təklif olarsa, Putin Baydenlə görüşə hazırdır


G20 sammiti çərçivəsində prezident Vladimir Putinə ABŞ prezidenti Co Baydenlə görüş təklifi olarsa, o zaman Rusiya tərəfi bunu nəzərdən keçirməyə hazırdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında deyib.

“Biz dəfələrlə deyirik ki, biz heç vaxt görüşdən imtina etmirik. Əgər təklif olarsa, biz buna baxacağıq” – Lavrov bildirib. G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR