İsrailin Baş naziri Benyamin Netanyahu son günlərdə ABŞ Prezidenti Donald Trampa seçki kampaniyasına ictimai dəstəyi artırmaq üçün dəfələrlə müraciət edib.
Məlumatı Axios mənbələrə istinadən yayıb. Amerikalı mənbə portala bildirib ki, Netanyahu son üç gündə Trampla iki dəfə danışıb və ondan İsrail Baş nazirinə dəstəyini ifadə edən Truth Social-dakı paylaşımlarını ikiqat artırmasını istəyib.
Mənbənin məlumatına görə, Netanyahu hətta əlavə dəstək bəyanatları üçün mətn də təklif edib.
Mənbə əlavə edib ki, Ağ Ev Netanyahunun aqressiv lobbiçiliyini "ümidsizlik əlaməti" və İsrail liderinin seçki yarışında geridə qalmasının göstəricisi kimi görür.
Eyni zamanda, İsrail mənbəsi bildirib ki, İsrail baş naziri Trampa özünə daha çox dəstək ifadə etmək üçün İsrail jurnalistləri ilə telefon danışığı təklif edib.
Netanyahunun Likud partiyasının sözçüsü Neta Molho baş nazirin Trampdan "son günlərdə və ya təsdiq elanından əvvəl" onun kampaniyasını dəstəkləməsini istəməsi barədə məlumatları təkzib edib.
Tramp bir neçə gün əvvəl TruthSocial-da Netanyahunun parlament seçkilərində qalib gəlməsini istədiyini yazıb: "O, ABŞ-ın İsraildə ehtiyac duyduğu tam tərəfdaşdır. Hansı ki, bu ölkə üçün biz çox şeylər etmişik".
Tramp xatırladıb ki, Netanyahu ABŞ ilə birlikdə İrana qarşı hərbi əməliyyat keçirib. Amerika prezidenti hesab edir ki, Netanyahunun yerində başqa bir lider olsaydı, belə tədbirlərə razı olmazdı.
loading...