Bakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLAR

9-03-2023, 10:09 48 dəfə baxılıb

Bakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLAR


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır qəza qeydə alınıb.

Hadisə “Ford Transit” markalı mikroavtobusla propan qazı daşıyan yük maşınının iştirakı ilə baş verib.

Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLARBakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLARBakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLARBakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLARBakı-Sumqayıt yolunda ağır qəza: 9 nəfər xəsarət alıb - FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR