Azərbaycanda görünməmiş AİLƏ DRAMI – Ər və arvad 5 günün içində öldü

3-01-2019, 22:00 355 dəfə baxılıb

Azərbaycanda görünməmiş AİLƏ DRAMI – Ər və arvad 5 günün içində öldü


Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.

Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, 5 gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarında asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub, Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR