“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

22-04-2019, 10:21 332 dəfə baxılıb


“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir
“Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.

“Daily Record” xəbər verir ki, 21 yaşlı müdafiəçini “Seltik” transfer etmək istəyir.

Bildirilir ki, yayda Dedrik Boyata “Herta”ya keçəcəyi, Filip Benkoviç isə “Lester”ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub.


Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü bu mövsüm Azərbaycan Premyer Liqasında iyirmi oyuna çıxıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR