Azərbaycan Prezidenti Xankəndiyə erməni əsilli vətəndaşı başçı təyin edəcək... - deputat danışır

14-12-2020, 17:34 214 dəfə baxılıb

“Azərbaycan ərazilərindən bütün erməni hərbi birləşmələri çıxacaq. Bu, noyabrın 10-da imzalanmış üçtərəfli sazişdə nəzərdə tutulub. Sözsüz ki, orada yaşamaq istəyən mülki şəxslər - hansı ki onların arasında separatçılar və başqaları da ola bilər - Azərbaycan vətəndaşlığını qəbul etsələr və Azərbaycan qanunlarına tabe olsalar həmin ərazidə yaşamaqda davam edəcəklər. Azərbaycan qanunlarına tabe olmayanlar isə Qarabağdan bu və ya digər formada çıxarılacaqlar”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Xankəndi şəhərində yaşayan ermənilərin gələcək taleyi haqqında danışarkən deyib.

F. Mustafa əlavə edib ki, Ermənistanın Xankəndi və digər ərazilərdə ordusu ola bilər, amma bu məsələlər hazırda müzakirə edilir: “İnsanlarımız məskunlaşsın, ordumuz yerləşsin, sonra həmin silahlıların hamısı ərazidən çıxarılacaq. Çıxmayanlar da lazımi qayda da hərbi tədbirlərlə üz-üzə qalacaq”.

Deputat bildirib ki, Xankəndi də daxil olmaqla hazırda ermənilərin nəzarətində olan ərazilərdə Azərbaycanın süverenliyinin təmin ediləcəyinə birmənalı inanır: “Sözsüz ki, o rayonların da icra başçısını Azərbaycan prezidenti təyin edəcək. Mümkündür ki, həmin şəxs milliyətçə erməni olsun, amma o, Azərbaycan dövləti tərəfindən təyin ediləcək. Bunun başqa yolu yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR