Bakıda məşhur mağazanın anbarını yardılar: 12 minlik ətir oğurlanıb

3-03-2016, 12:41 739 dəfə baxılıb

Bakıda məşhur mağazanın anbarını yardılar: 12 minlik ətir oğurlanıb














DİN məlumat yaydı

Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə martın 2-də baş verib.

Belə ki, Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR