Mübariz Mənsimovun bərəsi və kranı hərraca çıxarılıb

14-05-2020, 20:44 28 dəfə baxılıb

Mübariz Mənsimovun bərəsi və kranı hərraca çıxarılıb


Rusiyanın Rostov vilayətində “Palmali Kaspisykie Morskie proyektı” MMC şirkətinin əmlakı hərraca çıxarılıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şirkətə məxsus “Yuri Kuvıkin” nəqliyyat-montaj bərəsi (2013-cü ildə inşa edilib) və “Liebherr” mobil dizel hidravlik kranı vahid lotda 1.2 milyard rubl (16 milyon dollara yaxın) start qiymətinə alıcılara təklif ediləcək.

Bu obyektlərin balans dəyəri 1.7 milyard rubl təkil edir. Potensial alıcılar öz müraciətlərini mayın 16-na qədər təqdim edə bilərlər. Obyektlərin hərracda satışı barədə informasiya müflisləşmə haqda məlumatların Vahid Federal Reyestrində yerləşdirilib.
“Palmali Kaspisykie Morskie proyektı” MMC hazırda Türkiyədə həbsdə olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus, Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin törəmə müəssisəsidir. “Palmali” MMC-nin barəsində 2018-ci ildən müflisləşmə proseduru başladılıb. Şirkətin onlarla gəmiləri və digər əmlaklı “Sberbank”a, digər kreditorlara olan yüz milyonlarla dollarlıq borca görə hərracda satılır.

Qeyd edək ki, Mənsimovun biznes imperiyası sürətlə çöküb və “Palmali Holding”in özünün də müflisləşmə ərəfəsində olduğu bu günlərdə açıqlanmışdı. Biznesmen FETÖ terror təşkilatına üzvlük ittihamı ilə həbs edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR