Meşə qatillərini himayə edən Seyfi kimdi-FOTOLAR

28-05-2020, 23:04 607 dəfə baxılıb

Meşə qatillərini himayə edən Seyfi kimdi-FOTOLAR


Bir neçə gün əvvəl Quba və Qusardakı ağac soyqırımından yazmışdıq.(https://azerinfo.tv/secilmis/15741-ekologiya-nazirliyi-susur-bandotdel-bunlari-hebs-etmese-shimalda-agac-qalmayacaq-vdeo.html)

Bildirmişdik ki, Azerinfo.tv-yə verilən məlumata görə Şimal rayonlarımızda ağaclar yenə məhv edilir.
Ağac kəsintisinin olduğu yerlər : Quba-Alpan şöbəsinin 5-ci dolayı.Əmirbəytov Çingizə həvalə edilib. Cəmi 10 gündür. 10 günün içində meşəni ağlar qoyub.
Qusar şöbəsinin 24 saylı dolayı. 21 ədəd ağac kəsilib. Oktay adlı şəxsə həvalə edilib.
Həmin yerdən video və fotonu təqdim edirik.
İndi Daxili İşlər Nazirliyindən xahiş edək ki, bu zonaya da “bandotdeli” göndərsin? Yoxsa Ekologiya Nazirliyi öz məsuliyyətini hiss etmir.

Məqalə çıxandan iki gün sonra əməkdaşımıza özünü təqdim etməyən bir şəxs zəng edib bu materialla bağlı hədə-qorxu gəlmək istəyib.
Öyrəndik ki, bu şəxs özünün meşə təsərrüfatına birbaşa aidiyyatı yoxdu. Bələdiyyədə işləyib. Hətta korrupsiya ilə bağlı işi cəncəldə olub. Oğlu da vəzifə daşıyır. Meşəyə görə hansı qohumuna görə narahatdı onu da bilirik.Onun və qohumlarının işləri haqda lap ətraflı yazacağıq.
Sadəcə burda bir xalq deyimi yada düşür.
Bir fermerin atı xəstənir. Halı qalmır. Deyir ki, at səhərə ayağa qalxmasa gərək kəsəm. Tövlədə olan qoyunun ata yazığı gəlir. Deyir ki,ay bala, həyat şirin şeydi, güclü ol, qalx ayağa,hələ cavansan ölmə. At buna qulaq asıb dirçəlir. Səhər fermer tövləyə girəndə at kişnəyib şahə qalxır. Fermer sevinir. Arvadına deyir ki at sağalıb. Çox sevincliyəm. Bunun şərəfinə gəl bu gün kabab çəkək. Qoyunun qulağından dartıb tovlədən çıxarır və kəsir.
MƏNTİQ- burnunuzu sizə aid olmayan işlərə soxmayın...
Meşə qatillərini himayə edən Seyfi kimdi-FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR