Rəsul və Vasif qardaşları Qızlar bulağından kimlərə su içirdir....
5-07-2023, 11:02
171 dəfə baxılıb

Bəli, çox acı reallıqdır ki, millətimizin milli-mənəvi dəyərlərinə, müqəddəs dinimizə zidd olsa da ölkəmizdə əxlaqsızlıq yuvaları, “pritonlar”, priton-otel”lər artmaqda davam edir. Bu isə cəmiyyətdə bütün dəyərləri məhv edir.
Ən dəhşətlisi odur ki, milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir.
Əxlaqsızlıq yuvaları əvvəllər gizlin formada özünü göstərərdi. Bu gün az qala məktəblərin, uşaq bağçalarının, xəstəxanaların yaxınlığında əxlaqsızlıq yuvaları fəaliyyət göstərir.
Bu gün paytaxtımızın mərkəzində otellər, istirahət mərkəzləri öz həqiqi təyinatını dəyişib, əxlaqsızlıq yuvalarına çevriliblər.
Bu işdə telekanallarda gedən verilişlərin də rolu az deyil. Bu verilişlər yeniyetmələrin və gənclərin həyat tərzinə və psixologiyasına ciddi zərbə vurur.
Bir məsələni qeyd edək ki, son bir ildə narkotiklə mübarizə istiqamətində çox ciddi addımlar atılır. Bəs , əxlaqsızlıq yuvası saxlayan Rəsul və Vasif qardaşlarına kimilərin niyə xatirinə dəyən yoxdur ?
Bəlkə, elə bilirsiniz ki, əxlaqsızqlıq yuvaları narkotikdən az təhlükəlidir ?
Əksinə əxlaqsızlıq yuvaları narkotikdən daha təhlükəlidir.
Yaxşı bu qardaşların əxlaqsızlıq yuvası saxladığı ərazinin sahə müvəkkili yoxdur ? Əlbəttə, var.
Bəs, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi hara baxır ?millimeclis.info
loading...
OXŞAR XƏBƏRLƏR