"Nə yaradıb, nə qurub ki..."

9-07-2020, 10:27 174 dəfə baxılıb

“Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gərək nəsə qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub. İqtidar Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu deyir”

Bunu özünün “Facebook” səhifəsində Milli Məclisin üzvü Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar.

Deputat hesab edir ki, Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək yanlışdır: “Bu, milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir. O, nə yaradıb, nə qurub? Əli Kərimli radikal, barışmaz müxalif siyasətin önündə gedənlərdən biridir. Buna da etiraz edən yox. İstəyir on qat daha radikal olsun. O da onun siyasi xəttidir, belə siyasətdən zövq alır.

Onsuz da Azərbaycanda siyasət eybəcərdir, onu daha da eybəcərləşdirmək və gözdən salmaq lazım deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR