“İndi Zərdab şəhər bələdiyyəsi Sicilyanı ayrıca dövlət kimi tanısa...”

16-07-2021, 16:11 46 dəfə baxılıb

İtalyanın Reggio Calabria əyalətində yerləşən Brankaleone Şəhər Şurası Qarabağ Respublikasını rəsmən tanıyan bir layihəni yekdilliklə qəbul edib.

"Yeni Sabah” xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bu qərara reaksiya verib: "Bu axmaqların deyəsən Azərbaycanın ərazi bütövlüyü barədə ümumiyyətlə təsəvvürləri yoxdur. İndi bizim Zərdab şəhər bələdiyyəsi götürüb Sicilyanı ayrıca dövlət kimi tanısa, ağlı başında olan italyanların gülməkdən halları qarışmazmı?

Təsəvvür edin ki, hansısa axmaq italyalı əyalət deputatlarının bu qərarına bütün ermənilər necə təsəlli tapırlar. Qaşıq aşdan irəli düşüb, gözləyərdilər Ermənistan özü belə bir ağılsız qərar qəbul etsin, sonra davamını bunlar gətirsinlər. Ölkə prezidenti demişkən, statusunuz cəhənnəmə getdi, o kağızlarınızı da cəhənnəmə göndərin ki, ermənilər istifadə etsinlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR