Komitələrin payız hazırlığı: - Səhiyyə ilə bağlı nələr gözlənilir?

9-08-2021, 10:38 174 dəfə baxılıb

Modern.az Milli Məclis komitələrinin qarşıdan gələn payız sessiyasına hazırlığı ilə bağlı rubrikanı davam etdirir.

Rubrika çərçicəsində komitələrin qarşıdan gələn payız sessiyasına necə hazırlaşması, müzakirəsi planlaşdırılan yeni qanun layihələri haqqında məlumatlar dərc edilir.

Bu dəfə Səhiyyə Komitəsinin fəaliyyət planını öyrənməyə çalışdıq.

Komitənin üzvü, həkim, deputat Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, digər həmkarları kimi səbirsizliklə payız sessiyasını gözləyir.

O komitə iclaslarında iki əsas qanun layihəsinin müzakirəyə çıxarılmasını vacib hesab edir:

"Düşünürəm ki, payız sessiyasında Səhiyyə komitəsinin xətti ilə Ailə həkimi haqqında qanunun gündəliyə salınması və Reproduktiv sağlamlıq haqqında qanunun yenidən müzakirəsini təmin etməliyik.

Payız sessiyası bütün parlamentlərdə ağır sessiya sayılır. Çünki bu sessiyada büdcə müzakirəsi olur, iclasların çoxu buna həsr edilir. Ona görə də yaz sessiyası ilə müqayisədə payız sessiyasının vaxtı digər qanunlar üçün məhdud olur. Buna baxmayaraq, hesab edirəm ki, işçi qrup, ekspertlər və komitə iclasları səviyyəsində bu iki qanunun müzakirəsi vacibdir".

Məlahət İbrahimqızının fikrincə, icbari tibbi sığortanın tətbiqi fonunda həyata keçirilən səhiyyə islahatlarını ailə həkiminin təsis edilməsi ilə davam etdirmək önəmlidir:

"Dünyanın inkişaf etmiş ölkələrində artıq bu mexanizm mövcuddur. Bizdə Sovet səhiyyə sistemindən qalan sahə həkimləri fəaliyyət göstərir, amma bu həkimlər ailə həkiminin 60-70 faizini ancaq təmin edə bilirlər. Bütün bunları nəzərə alaraq, sağlam ailə və vətəndaşlar üçün ailə həkimi və reproduktiv sağlamlıq haqqında qanunların gündəmə gəlməsi vacibdir. Komitə üzvləri olaraq hər iki qanun haqqında təkliflərimizi səsləndirəcəyik".

Qeyd edək ki, bundan əvvəl Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin payız hazırlığı ilə maraqlanmışdıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR