Qubadlı şəhərinin və 16 kəndin azad edilməsindən iki il keçir - SİYAHI - VİDEO

25-10-2022, 09:22 60 dəfə baxılıb

Qubadlı şəhərinin və 16 kəndin azad edilməsindən iki il keçir - SİYAHI - VİDEO


Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra məntəqələri işğaldan təmizləyib.

Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.

Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə digər kəndlərdə də erməni işğalına son qoyulub.

Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə - Azərbaycana qaytarmağa nail olub.

Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində çatdırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR